...

Türkiyə və Azərbaycan qırıcıları Bosfor boğazı üzərində növbəti uçuşlar keçirib (FOTO)

Gündəm Materials 21 Sentyabr 2021 11:26 (UTC +04:00)
Türkiyə və Azərbaycan qırıcıları Bosfor boğazı üzərində növbəti uçuşlar keçirib (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bosfor boğazı üzərində Azərbaycan və Türkiyə qırıcıları növbəti salamlama uçuşları keçirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Uçuşda Türkiyə HHQ-yə məxsus F-16, F-4 və Azərbaycan HHQ-yə aid 2 ədəd MiQ-29 qırıcı təyyarələri iştirak edib.

Qeyd edək ki, bu gün İstanbulda "Texnofest-2021" festivalı başlayıb. Sentyabrın 26-dək davam edəcək festival çərçivəsində Azərbaycan və Türkiyə hərbi təyyarələri nümunəvi uçuşlar həyata keçirəcək.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti