...

Balakəndə meyvə bağlarında zərərvericilər aşkarlanıb (FOTO)

Gündəm Materials 29 Sentyabr 2021 12:06 (UTC +04:00)
Balakəndə meyvə bağlarında zərərvericilər aşkarlanıb (FOTO)

Bakı. Humay Ağacanova - Trend:

Balakəndə meyvə bağlarında zərərvericilər aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri tərəfindən Balakən rayonunda meyvə bağlarında monitorinqlər həyata keçirilib.

Monitorinqlər zamanı karantin tətbiq edilən meyvə ağaclarının bakterial yanığı (Erwinia amylovora) xəstəliyi, şərq meyvəyeyəni (Grapholita molesta), tut çanaqlı yastıcası (Pseudaulacaspis pentagona) aşkar edilib. Sirayətlənmiş bitki orqanlarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasına təqdim olunub.

Monitorinqlər zamanı aşkar edilmiş zərərli orqanizmlər, onların iqtisadi zərəri, eyni zamanda ixrac potensiallı müəssisələrə ixrac zamanı sahibkarın vəzifə və öhdəlikləri, fitosanitar ixrac prosesləri, xarici ölkələrin idxal fitosanitar tələbləri haqqında təsərrüfat sahiblərinə məlumat verilib, zərərli orqanizmlərə qarşı müvafiq bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi üçün zəruri tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti