Bakı. Samir Əli - Trend:
Pirəkəşkül, Yeni qəsəbə, Müşfiqabad və 28 May qəsəbələrində sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 115 nömrəli qəsəbələrarası yeni müntəzəm marşrut xətti təşkil edilib.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, 05.10.2021-ci il tarixdən fəaliyyətə başlayacaq marşrut xətti üzrə avtobuslar başlanğıc məntəqəsi Bakı-Şamaxı şosesi (Sulutəpə qəsəbəsi, körpü), son dayanacaq məntəqəsi Bakı-Şamaxı şosesi (Pirəkəşkül qəsəbəsi) olmaqla hərəkət edəcək.