Naxçıvanda hərbi hissələr qışa tam hazırdır (FOTO/VİDEO)

Naxçıvanda hərbi hissələr qışa tam hazırdır (FOTO/VİDEO)

Bakı. Trend:

Avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Əlahiddə Ümumqoşun Orduya Naxçıvan Qarnizonu üzrə hərbi hissələrdə qış mövsümü üçün tələb olunan geyim, yanacaq və ərzaq ehtiyatının yaradılmasının vaxtında başa çatdırılması ilə bağlı müvafiq tapşırıq verilib. Tapşırığa əsasən hərbi hissələrdə təchizat və təminat işləri aparılıb, silah və texnikanın payız-qış mövsümünə uyğun istismar şəraitinə keçidi təşkil olunub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hər tərəfdən dağ silsilələri ilə əhatə olunan Naxçıvan Muxtar Respublikasının qışı soyuq və qarlı keçən yüksək dağlıq zonalarında etibarlı müdafiə sistemi qurulub. Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən və hər bir müdafiə mövqeyi alınmaz qalaya çevrilən bölmələrində müasir əsgəri-məişət kompleksləri tikilərək şəxsi heyətin istifadəsinə verilib.

Möhkəm müdafiə potensialına malik birinci eşelon bölmələrində inşa olunan binalar keyfiyyətli mebel dəstləri, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Əsgər və zabitlərin rahat şəkildə istirahəti, qidalanması və nümunəvi xidməti üçün tikilən hərbi oyektlərdə qış tədarükü görülərək isti geyim, yanacaq, içməli su və ərzaq təminatı yaradılıb. Əlavə olaraq məhdud fiziki imkanlı şəxslər tərəfindən hazırlanaraq əsgərlərimizə hədiyyə edilmiş isti qış geyimləri də yüksək dağlıq və sərt iqlim şəraiti olan ərazilərimizdə dislokasiya olunan bölmələrə çatdırılır.

Müdafiə mövqelərini daimi elektrik enerjisi ilə təmin etmək üçün köhnə elektrik aqreqatları yeniləri ilə əvəz olunub, yeni günəş panelləri quraşdırılıb. Çətin dağlıq şəraitdə yerləşən bölmələrdə, dayaq məntəqələri və mövqelərdə müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Bölmələrdə əsas və ehtiyat səngərlər, mövqelər və müşahidə məntəqələri salınaraq dayaq məntəqələri təkmilləşdirilib. Mühəndis texnikalarının köməyi ilə yaşayış məntəqələri və müdafiə mövqeləri arasında hərəkət yolları yenidən çəkilib və mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.
İsti geyim və keyfiyyətli ərzaqla təmin olunan, dövlətin və xalqın dəstəyini üzərində hiss edən şəxsi heyətin yüksək döyüş hazırlığına yiyələnməsi Vətənimizin etibarlı müdafiəsinə təminat verir.

Çətin dağlıq şəraitdəki hərbi hissələrlə yanaşı daimi dislokasiya məntəqələrindəki hərbi şəhərciklərdə, ehtiyat birləşmə, hissə və bölmələrdə də qışa hazırlıq tədbirləri plana uyğun həyata keçirilib, şəxsi heyətin soyuq qış aylarında heç bir çətinliklə üzləşməməsi üçün müvafiq işlər görülüb. Eyni zamanda döyüş texnikalarının, aviasiya və hərbi nəqliyyat vasitələrinin ən çətin və soyuq iqlim şəraitində istismar olunması üçün Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikanın istismarının qış mövsümünə keçidi aparılır. Silah və texnikanın qış aylarında fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə birləşmə və hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib. Bütün növ silah və texnikalara texniki xidmət-2 həcmində qulluq göstərilir. Bu zaman texnikaların yanacaq-sürtkü materialları və filtrləri dəyişdirilir, elektrik və hidravlik sistemləri yoxlanılır. Tankların və döyüş maşınlarının hərəkət hissəsinə, döyüş və güc bölmələrinə xüsusi qulluq göstərilir, bütün hərəkət hissələri yağlanır, tırtıllar tarımlanır, mühərriklərin mövsümə uyğun yağı dəyişdirilir. Bütün fəaliyyətlər başa çatdıqdan sonra silah və hərbi texnikanın hər bir nümunəsinin təhlili aparılaraq nəticələr qiymətləndirilir.

Naxçıvan Qarnizonu Qoşunlarında qışa hazırlıq tədbirləri çərçivəsində şəxsi heyətin sağlamlığı nəzərə alınaraq soyuq havalarda virus infeksiyalarının və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə hərbi hissələrin xəstəxana və tibb məntəqələri bütün tibbi ləvazimatlarla təmin edilib və hərbi qulluqçuların gigiyena qaydalarına düzgün əməl etmələri üçün proflaktik tədbirlər görülür. Həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, hazırda dünyanın mübarizə apardığı xəstəliklərdən uzaq olan hərbi qulluqçularımız “Təlimdə tər, döyüşdə zəfər” prinsipi ilə keçirilən məşğələ və təlimlərdə peşəkarlıq nümayiş etdirir, ayıq-sayıq döyüş növbətçiliyi aparırlar.

Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü olub (FOTO)
Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü olub (FOTO)
Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına yönəlmiş istənilən səyləri alqışlayırıq - Rusiya XİN
Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına yönəlmiş istənilən səyləri alqışlayırıq - Rusiya XİN
Azərbaycan nümayəndəsi Bali Demokratiya Forumunda iştirak edib
Azərbaycan nümayəndəsi Bali Demokratiya Forumunda iştirak edib
Loading Bars
Xəbər lenti
“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Sumqayıtda qətlə yetirilən kişinin şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olmayıb
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində növbəti təxribata əl atıb
ADU-nun rektoru Kamal Abdulla Serbiyanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)
Dekabrın 10-na USD/AZN rəsmi məzənnəsi
Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü olub (FOTO)
Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına yönəlmiş istənilən səyləri alqışlayırıq - Rusiya XİN
Koronavirus xəstəsi çörək sexində aşkarlanıb
Helikopter qəzasında xəsarət alan hərbçilərimiz evə buraxılıb - RƏSMİ
Sosial şəbəkələrdə insanları şantaj edənlər saxlanıldı (FOTO/VİDEO)
ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahından reportaj - İncəsənət dünyasına səyahət (ÖZƏL) (FOTO)
Azərbaycan nümayəndəsi Bali Demokratiya Forumunda iştirak edib
Azərbaycan - Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın tezliklə formalaşmasını gözləyirik - Zaxarova
AQTA özəl bağçalarda da yoxlamalar aparacaq
Türkiyə generalları Azərbaycanda səfərdədir (FOTO)
Ceyhun Bayramov Almaniya səfiri ilə görüşüb (FOTO)
Yelo Bank-da "Transformasiya və Liderlik" təlimi keçirilib (FOTO)
bp Şahdəniz layihəsindəki payını artırır
ABŞ-da "Demokratiya naminə sammit" ayrı-seçkiliyin yeni növüdür - Rusiya XİN
“Yüksəliş” müsabiqəsinin gələn il də keçirilməsi üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM
Unibank sahibkarlar üçün qış kampaniyası keçirir
Apple Pay ilə ödəyin, 15 AZN keşbək qazanın!
İraqın şimalında üç Türkiyə hərbçisi həlak olub
Prezident İlham Əliyev Almaniyanın Federal Kanslerini təbrik edib
Səyyar vaksinasiya məntəqələrinin sayı azaldılıb - SƏBƏB
Xəstəni FHN-in modul tipli xəstəxanasına yerləşdirmək üçün 1000 manat verdim - Şahid
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1315 nəfər COVID-19-a yoluxub, 19 nəfər ölüb
Vahid əlaqələndirmə mərkəzlərinə 4 mindən çox müraciət olub
ABŞ-dakı “Demokratiya naminə sammit” demokratiya ilə əlaqəsi olmayan faydasız dialoqdur - TƏHLİL
Polis narkotacirlərə qarşı əməliyyat keçirdi, 22 nəfər saxlanıldı (FOTO/VİDEO)
ADA Universitetinin əməkdaşları Mingəçevir Dövlət Universitetində seminar keçiriblər (FOTO)
Koronavirus xəstəsi olan ananın dünyaya gətirdiyi uşaq virusa yoluxa bilərmi?
Energetika naziri Almaniyanın ölkəmizdəki səfirini qəbul edib
Qırğız Respublikasının Azərbaycandakı səfiri Mətbuat Şurasında olub (FOTO)
“Azərişıq” əməkdaşına məxsus avtomobilin yandırılmasına münasibət bildirib
Keçmiş Naxçıvan MTN-in polkovnikinin həbsxanada ölüm səbəbi açıqlandı - RƏSMİ
Azad edilmiş ərazilərdə tikinti işləri ilə məşğul olan şəxsdən narkotik götürülüb
Vətəndaşların kommunal problemlərlə bağlı müraciətlərinə elektron formada baxılacaq
Daşaltıda iki vətəndaşımızın minaya düşərək həlak olması Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur - Sevil Mikayılova
Şəmkirdə qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb (FOTO)
Bakının bu hissəsində içməli su fasilə ilə veriləcək
Qubada "patı" satanlar saxlanıldı (FOTO/VİDEO)
“ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi
İranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
Ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə icazə verildi - RƏSMİ
Gənclər və İdman Nazirliyində aparılan kadr islahatları davamlı olacaq - Fərid Qayıbov
Müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçiciləri ilə görüşüb (FOTO)
Azərbaycana birbaşa xarici investisiyalar 3,5 milyard dolları ötüb
"Bakı" şadlıq sarayının rəhbərliyi cərimələnib
Avropanın 3 ölkəsindən bəzi məhsulların idxalı məhdudlaşdırılıb
Ağcabədidə kişi həyat yoldaşı və qayınatasını bıçaqlayıb
BP ilə birgə layihənin gələn ildən başlanılması planlaşdırılır - Nazir
Tovuz çayı üzərində 290 metr uzunluğa malik körpü inşa edilir (FOTO)
İranda ötən sutka 78 nəfər koronavirusdan ölüb
Müharibə dövründə xarici kiberhücumların əsas istiqaməti Mərkəzi Banka yönəlmişdi - CERT
Qrant müsabiqəsinə sənəd qəbulu davam edir
Universitet bitirməmişəm, Vidadi müəllimlə dost idik, ona görə də məni direktor təyin etdi - "Azər-İlmə"nin direktoru
Azərbaycanda Media Reyestrinin yaradılmasının məqsədi açıqlanıb
İndiyə qədər minaya düşərək həlak olan və yaralananların sayı açıqlanıb
Azərbaycanda imtiyazların tətbiq oluna biləcəyi jurnalistlərin dairəsi müəyyənləşir
Şuşada mülki şəxslərin minaya düşərək həlak olması ilə bağlı cinayət işi açılıb
Daşaltıda piyada əleyhinə minanın altına tank əleyhinə mina qoyulub - ANAMA
*Yenilənmiş “Jalə” şirələrinin tərkibi dəyişib
Banklara yeni standartla bağlı vaxt verilib
Şəkidə vətəndaşlardan qanunsuz odlu silahlar götürülüb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən konfrans keçirilib
AQTİ ilə Polşanın Milli Baytarlıq Araşdırma İnstitutu arasında memorandum imzalanıb
"Amazon" bir milyard avrodan çox cərimə olunub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş Beynəlxalq Elmi Konqres işə başlayıb (FOTO)
Masallıda oğurluq edən şəxslər tutulub (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Ağalı kəndinə sakinlərin ilk köçürülməsindən sonra məktəbin fəaliyyəti bərpa olunacaq - Nazir
Prokuror Rasim Quliyevə 6 il cəza istədi
Şuşada məktəbin tikintisinə başlanılacaq
Daşaltıda iki nəfər minaya düşərək ölüb (ƏLAVƏ OLUNUB)
Zaqatalada şadlıq sarayının sahibi cərimələnib (VİDEO)
Sərhədçilərə xəsarət yetirmək istəyən qaçaqmalçı tərk-silah edilib, külli miqdarda narkotik götürülüb (FOTO)
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan şirkətinə 8 milyon avro kredit verib
100-dən artıq saxta vaksin sertifikatı verən şəxslərin məhkəməsi başlayır
UNEC tələbələrinin rəsm əsərləri İqtisad Forumda maraqla qarşılanıb (FOTO)
Ölkədə epidemik proses nəzarət altına alınıb - Təyyar Eyvazov
Azərbaycan Haaqada erməni yalanları üzərində qələbə qazandı - TƏHLİL
Bakıda 22 yaşlı gənc özünü dənizə atıb
Region universitetlərinin tələbə və müəllimləri üçün Tədqiqat metodları və Akademik yazı üzrə təlim (FOTO)
Azərbaycanın tədiyə balansı 2,4 milyard dolları ötüb
“Media haqqında” qanunda media Ombudsmanı ilə bağlı məsələ yer almayıb - Əhməd İsmayılov
Biznes subyektləri ilə media orqanları arasında müzakirələr keçiriləcək
Onlayn mediaya güzəştlərlə bağlı iş gedir - Agentlik rəhbəri
Bəzi media orqanlarının feyk xəbərləri peşəkar KİV-in fəaliyyətinə mənfi təsir edir - Əhməd İsmayılov
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb
DİN oyuncaq silah gəzdirənlərə xəbərdarlıq edib
Mina xəritələrinin dəqiqliyinə tam əmin olmaq təhlükəlidir - Emin Hüseynov
Media subyektlərinə güzəştli kreditlər verilə bilər - Agentlik rəhbəri
Media qurumlarına 5 il müddətində vergi güzəştlərinin tətbiq nəzərdə tutulur
Ağdamda İmarət stadionunun yeri dəyişdirilir, böyük kompleksin tikintisi nəzərdə tutulur
"Altılıq" formatının Moskva görüşündə Azərbaycanı Xələf Xələfov təmsil edəcək
“Media haqqında” qanun layihəsi yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq
STEAM Azərbaycan Festivalına start verilib
Bütün xəbərlər