...

8 200-dən çox şəhid ailəsi və qazinin məşğulluğu təmin edilib

Gündəm Materials 23 Noyabr 2021 17:47 (UTC +04:00)
8 200-dən çox şəhid ailəsi və qazinin məşğulluğu təmin edilib

Bakı. Humay Ağacanova - Trend:

Şəhid ailələri və qazilərdən ibarət 8 200 şəxslə bağlı müvafiq məşğulluq tədbirləri həyata keçirilib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O qeyd edib ki, növbəti il üçün qarşıda duran hədəflər peşə və kvalifikasiyanın sayının 500-ə çatdırılmasıdır.

“Sosial müavinətlərin artırılması ilə bağlı da fəaliyyət davam etdirilir. Vacib məsələlərdən biri də mənzillərdir. Keçmiş məcburi köçkünlər üçün tikilən 6 365 mənzilin şəhid ailələri və qazilərə verilməsi üçün iş aparılır” - deyə, o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti