...

Nobel mükafatı laureatı Aziz Sancar Bakıya gəlib

Gündəm Materials 29 Noyabr 2021 15:08 (UTC +04:00)
Nobel mükafatı laureatı Aziz Sancar Bakıya gəlib

Bakı. Çingiz Səfərli - Trend:

Türkiyəli alim, Kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar Bakıya gəlib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov məlumat verib.

O bildirib ki, alim "UNEC İqtisadi Forumu"nda iştirak etmək üçün Azərbaycanda səfərdədir.

"Forum çərçivəsində Aziz Sancarın iştirakı ilə çox faydalı görüşlər (o cümlədən gənc tədqiqatçılar, olimpiada qalibləri olan yuxarı sinif şagirdləri və bir qrup şəhid övladı - tələbələr və Gəncədən olan qızımız Xədicə ilə görüş), çox maraqlı müzakirələr (o cümlədən, Postcovid elm və təhsilinə elmi baxış) və digər maraqlı tədbirlər nəzərdə tutulub", - deyə rektor qeyd edib.

Qeyd edək ki, “UNEC İqtisadi Forumu" 1-3 dekabr tarixlərində keçiriləcək. Forum rəqəmsal iqtisadiyyatın asanlaşdırılması kimi post-pandemiya dövrü üçün müəyyən edilmiş mərhələləri, eləcə də Azərbaycanın bir sıra sosial-iqtisadi transformasiyaları əhatə edən və keçdiyi müstəqillik yolunu əks etdirəcək. Forumun əsas şüarı “Zəfər Yolu” olaraq müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti