...

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var

Gündəm Materials 30 Noyabr 2021 12:15 (UTC +04:00)
Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var

Bakı. Trend:

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Trend-in xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

"Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir", - məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti