...

2021-ci ilin son Günəş tutulması başlayıb (VİDEO)

Gündəm Materials 4 Dekabr 2021 12:14 (UTC +04:00)
2021-ci ilin son Günəş tutulması başlayıb (VİDEO)

Bakı. Orxan Nəbiyev - Trend:

2021-ci ilin son Günəş tutulması başlayıb.

Trend-in məlumatına görə, ümumilikdə 4 saat 8 dəqiqə davam edəcək tutulma Yer kürəsinin cənub hissəsində, xüsusilə də Antarktidada müşahidə olunub.

Günəşin tam tutulması müddəti 1 dəqiqə 54 saniyə davam edib.

Qismən tutulma, eyni zamanda Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında müşahidə olunur.

Növbəti tam Günəş tutulması 2023-cü il aprelin 20-də baş verəcək. Azərbaycanda da müşahidə olunacaq qismən Günəş tutulması isə 2022-ci il oktyabrın 25-də qeydə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti