...

Mənzillərdə otaqların ölçüləri ilə bağlı normalar müəyyənləşib

Gündəm Materials 13 Dekabr 2021 11:47 (UTC +04:00)

Bakı. Trend:

Mənzillərdə yataq otaqları digər otağa keçid kimi layihələndirilməməlidir.

Trend-in məlumatına görə, bu barədə məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Normalara əsasən mənzillərdə otaqların sahəsi aşağıdakılardan az olmamalıdır:

- birotaqlı mənzildə ümumi otaq - 15 m²-dən;

-birotaqlı mənzillərin girişində qarderob – 2,5 m²-dən;

- iki və daha çox otaqlı mənzillərdə ümumi otaq - 16 m²-dən;

- yataq otağı - 8 m² (iki adama - 10 m²-dən);

- mətbəx - 8 m²-dən;

- mətbəx-yemək otağında mətbəx zonası - 6 m²-dən.

Birotaqlı mənzillərdə sahəsi 5 m²-dən az olmayan taxça-mətbəxin layihələndirilməsinə yol verilir. Mansarda mərtəbəsində (və ya maili xarici divarı olan mərtəbədə) yataq otağı və mətbəxin sahəsinin 7 m² -dən az olmamaqla qəbul edilməsinə yol verilir, bu halda ümumi yaşayış otağının sahəsi 16 m²-dən az olmamalıdır.

Yaşayış otaqlarının və mətbəxin hündürlüyü 2,7 m-dən az olmamalıdır. Mansarda mərtəbələrinin yüksək hissəsində hündürlüyü (döşəmədən tavanadək) 2,7 m-dən az olmamalıdır. Mənzildaxili dəhlizlərin, holların, antresolların (və onların alt hissələrinin) hündürlükləri insanların hərəkətinin təhlükəsizliyini təmin etmək şərtilə 2,1 m-dən az olmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti