...

Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə maaşları artdı

Gündəm Materials 1 Yanvar 2022 05:50 (UTC +04:00)
Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə maaşları artdı

Bakı. Humay Ağacanova - Trend:

Bu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə maaşları artıb.

Trend xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alınıb:

- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilsin.

- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılsın.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti