...

KTMT Qazaxıstanda sülhməramlıların qalma müddətini açıqlayıb

Gündəm Materials 6 Yanvar 2022 23:03 (UTC +04:00)
KTMT Qazaxıstanda sülhməramlıların qalma müddətini açıqlayıb

Bakı. Trend:

Sülhməramlı qüvvələrin Qazaxıstanda qalma müddəti vəziyyətdən və respublika rəhbərliyinin qərarından asılı olacaq, əməliyyat başa çatdıqdan sonra qoşunlar çıxarılacaq.

Trend-in məlumatına görə, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas bildirib.

Zas bildirib ki, qoşunların qalma müddətinin qısa olacağı gözlənilir:

"Bu müddətin bir neçə gün və ya bir neçə həftə olacağı Qazaxıstanda yaranan vəziyyətdən və təbii ki, Qazaxıstan rəhbərliyinin mövqeyindən asılı olacaq".

Onun sözlərinə görə, əgər respublika rəhbərliyi “vəziyyətin sabitləşdiyini və ona bütün dövlətlərimizin köməyi olmadan öz qüvvələri tərəfindən nəzarət edildiyini hesab edərsə, təbii ki, əməliyyat başa çatacaq, bütün qoşunlar çıxarılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti