...

Ombudsmanın Gəncə Regional Mərkəzi məişət zorakılığına dair maarifləndirici tədbir keçirib

Gündəm 13 Yanvar 2022 18:27 (UTC +04:00)
Ombudsmanın Gəncə Regional Mərkəzi məişət zorakılığına dair maarifləndirici tədbir keçirib

Bakı. Trend:

Ombudsmanın Gəncə Regional Mərkəzi və Naftalan rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması” mövzusunda onlayn hüquqi maarifləndirici tədbir keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirdə Naftalan rayon Gənclər və İdman idarəsinin, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin Naftalan rayon şöbəsinin nümayəndələri və fəal gənclər iştirak ediblər.

İştirakçılara məişət zorakılığı ilə mübarizəyə dair ölkə üzrə qəbul edilmiş milli fəaliyyət planı və müvafiq qanunvericilik aktı barəsində geniş məlumat verilib.

Ombudsman Aparatının da məişət zorakılığının qarşısının alınması barəsində maarifləndirmə tədbirləri həyata keçirdiyi iştirakçıların nəzərinə çatdırılıb.

İştirakçılar da mövzu üzrə çıxışlar edərək məişət zorakılığının qarşısının alınması, mövcud mənfi stereotiplərin dəyişdirilməsi istiqamətində maarifləndirmə tədbirlərinin artırılmasının əhəmiyyətini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti