...

Sabahın hava proqnozu açıqlanıb

Gündəm 25 Yanvar 2022 12:16 (UTC +04:00)
Sabahın hava proqnozu açıqlanıb

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabahkı hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Trend-in sorğusuna cavab olaraq bildirib ki, ötən illə müqayisədə bu ilin yanvar ayı qarlı hava şəraitinin çoxluğu ilə fərqlənib.

"Qonşu Türkiyə və Rusiyada intensiv qar prosesləri müşahidə olunur, soyuq hava kütləsi cənub enliklərə hərəkət edərək hava şəraitinin kəskinləşməsinə səbəb olsa da, Azərbaycanda yanvarın 26-da hava şəraiti nisbətən mülayim keçəcək. Əksər rayonlarda axşama qədər hava şəraiti əsasən yağmursuz keçəcək, havanın temperaturu yanvar ayının iqlim normasına uyğun olacaq",-deyə U. Tağıyeva bildirib.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 1-3° isti, gündüz 7-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 761 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Yanvarın 26-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti