Bakı. Trend:
ABŞ prezidenti Co Bayden bazar ertəsi Rusiyanın qondarma "Donetsk və Luqansk Xalq Respublikaları"nın ("DNR" və "LNR") suverenliyinin tanıması ilə əlaqədar sanksiyalar haqqında fərman imzalayıb.
Trend xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, sənəd, həmçinin, ABŞ vətəndaşları üçün "DXR" və "LXR"-də yeni investisiyalara qadağa qoyur.
Fərman ABŞ-dan "DXR" və "LXR"-ə malların, xidmətlərin və texnologiyaların ixracını, təkrar ixracını, satışını, tədarükünü qadağan edir.
ABŞ prezidenti bəyan edib ki, “respublikaların” tanınması Rusiya Federasiyasının Minsk razılaşmaları üzrə öhdəliklərinə ziddir və Ukraynanın sülh və sabitliyini daha da təhdid edir. Ağ Ev rəhbəri Konqres liderlərinə ünvanladığı məktubda Rusiyanın qərarının ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinə “təhdid yaratdığını” iddia edir.