...

Xarkovdakı atışmada xəsarət alan azərbaycanlı sürücülərin vəziyyəti necədir? - AÇIQLAMA

Gündəm Materials 2 Mart 2022 10:29 (UTC +04:00)
Xarkovdakı atışmada xəsarət alan azərbaycanlı sürücülərin vəziyyəti necədir? - AÇIQLAMA

Bakı. Fərid Zöhrabov - Trend:

Xarkov şəhərində baş verən atışma zamanı xəsarət alan üç azərbaycanlı sürücünün vəziyyəti normaldır.

Bunu Trend-ə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ruslan Eldaroğlu bildirib.

Onun sözlərinə görə, TIR sürücüləri hazırda xəstəxana şəraitində müalicələrini davam etdirirlər.

R.Eldaroğlu bildirib ki, hazırda Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir. Bu günə qədər Ukraynadan 7 yük nəqliyyat vasitəsi çıxarılıb:

"Hazırda həmin nəqliyyat vasitələrindən altısı Bolqarıstandadır. Bir TIR isə ətlə yüklü olduğu üçün Rumıniya sərhədindən keçid edəcək. Bu gün də beynəlxalq yükdaşımaları icra edən sürücülərin təxliyəsi nəzərdə tutulub. Bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - ABADA rəsmisi qeyd edib.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti