Bakı. Trend:
Başa çatmaqda olan “Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonunda Novruz bayramı günlərində növbəti ziyarətçi axını yaşanır.
Trend xəbər verir ki, Novruz bayramı ilə əlaqədar təşkil olunan bayram şənlikləri və pavilyondakı ekspozisiyalar böyük maraqla qarşılanıb.
Ötən gün pavilyonda Xalq artisti Tünzalə Ağayevanın iştirakı ilə konsert olub. Qarşıdakı günlərdə də milli pavilyonda Novruz şənlikləri konsert proqramları ilə davam edəcək. Bayram günlərində Dubayda olan hər kəs Ekspo 2020-nin son günlərini Azərbaycan pavilyonunda daha da maraqlı edə bilər.