...

Zaqatalada atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə monitorinq keçirilib (FOTO)

Gündəm Materials 27 Mart 2022 19:56 (UTC +04:00)
Zaqatalada atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə monitorinq keçirilib (FOTO)

Bakı. Trend:

Zaqatala rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Araşdırmalar zamanı 12 nəfər sürücü inzibitai məsuliyyətə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti