...

Azərbaycan hökumətini dəstəkləmləyə sadiqik - BMT İnkişaf proqramı

Gündəm Materials 1 Aprel 2022 11:20 (UTC +04:00)
Azərbaycan hökumətini dəstəkləmləyə sadiqik - BMT İnkişaf proqramı

Bakı. Trend:

Humanitar minatəmizləmə fəaliyyəti davamlı inkişaf üçün çox vacibdir.

Trend-in məlumatına görə, bunu BMT İnkişaf Proqramının (BMTİP) müvəqqəti işlər vəkili Suxrob Hojimatov Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib.

“İnsanların həyatını xilas etmək və xəsarətlərin qarşısını almaqdan əlavə, minalardan təmizləmə infrastruktur, təhsil və kənd təsərrüfatının yenidən qurulması üçün həyati əhəmiyyət kəsb edir. O, həmçinin, xüsusilə qadınların və əlilliyi olan insanların inteqrasiyası üçün güclü təkan ola bilər. BMTİP-də biz Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün münbit zəmin yaradılmasında Azərbaycan hökumətini dəstəkləmləyə sadiqik”, - S.Hojimatov bildirib.

Qeyd edilib ki, BMTİP 1999-cu ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasına kömək edib və hal-hazıradək onun işinə, o cümlədən 806 mindən çox mina və partlamamış hərbi sursatın təmizlənməsi və insanların evlərinə təhlükəsiz qayıtmasının təmin edilməsinə dəstək göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti