...

Sumqayıtdakı yanğınla bağlı xəstəxanaya 9 nəfər daxil olub - TƏBİB

Gündəm Materials 29 Aprel 2022 10:10 (UTC +04:00)
Sumqayıtdakı yanğınla bağlı xəstəxanaya 9 nəfər daxil olub - TƏBİB
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla əlaqədar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb.

Bu barədə Trend-ə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 7 nəfər ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.

"Hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur. Qeyd edək ki, yanğın hadisəsinin ilk baş vermə anından etibarən, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub",- deyə əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti