Bakı. Trend:
Azərbaycanda qanunsuz orqan köçürməsinə görə cəzalar müəyyən edilir.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliklərə əsasən, qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanının götürülməsi 9000 manatdan 15 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətdə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Həmin əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir
qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən
törədildikdə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə
etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və s. cəhətdən
asılı olmasından istifadə etməklə törədildikdə 3 ilədək müddətə
müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşöulolma hüququndan
məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Həmin əməl
ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətdə
müəyyən müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma
hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ildən 7 ilədək
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Dəyişikliklər müzakitələrdən sonra səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.