...

Almaniyadan Azərbaycana deport olunan narkotik alverçisinin məhkəməsi başladı

Gündəm Materials 6 İyun 2022 17:57 (UTC +04:00)
Almaniyadan Azərbaycana deport olunan narkotik alverçisinin məhkəməsi başladı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il Almaniyadan Azərbaycana deport olunmuş və Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən Cəfər Mirzəyevin məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Nemət Kərimli məhkəməyə vəsatətlər verib.

Vəkil müvəkkilinin prosesdə şüşə qəfəsdən çıxarılaraq zalda oturmasını və məhkəmə istintaqı dövründə barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığına buraxılmasını istəyib. Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

Prosesdə hazırlıq iclası başa çatıb və hakim məhkəmə baxışını iyunun 17-nə təyin edib.

İttihama görə, Cəfər Mirzəyev bu il yanvar ayında hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan 12 qram heroin, 4 qram narkotik tərkibli dərman götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti