Bakı. Trend:
Aparılmış monitorinqlərin nəticəsinə əsasən, 4 iyul 2022-ci il tarixindən iş günləri ərzində "Bakmil" stansiyası və əksinə hərəkət edən qatarların cədvəlinə dəyişiklik edilib.
"Bakı Metropoliteni" QSC-dən Trend-ə verilən məlumata görə, "Bakmil"dən xəttə daxil olan və "Nəriman Nərimanov" stansiyasında xətdən çıxarılan qatarların hərəkət cədvəli ilə Bakı metropoliteninin rəsmi saytının müvafiq bölməsində (http://metro.gov.az/az/schedule) tanış ola bilərsiniz.
Yeni iş həftəsi ərzində digər dəyişikliklər barədə sərnişinlərə əlavə məlumatlar təqdim olunacaq.