...

AQTİ-də Latviyanın Qida və Baytarlıq Xidmətinin baş direktoru ilə görüş keçirilib (FOTO)

Gündəm Materials 15 İyul 2022 12:13 (UTC +04:00)
AQTİ-də Latviyanın Qida və Baytarlıq Xidmətinin baş direktoru ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Latviya Respublikasının Qida və Baytarlıq Xidmətinin baş direktoru Maris Balodislə görüş keçirilib.

AQTİ-dən Trend-ə bildirilib ki, görüşdə M. Balodisə AQTİ-nin nəzdindəki laboratoriyaların fəaliyyəti, beynəlxalq təşkilatlarla əməkdaşlığı, maddi-texniki bazası barədə geniş məlumat verilib. Daha sonra qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Eyni zamanda, gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üzrə müzakirələr aparılaraq qarşılıqlı fəal təcrübə mübadiləsiinin əhəmiyyəti vurğulanıb.

Görüşdən sonra qonaq tanışlıq və iş prinsipini öyrənmək məqsədilə İnstitutun laboratoriyalarına baxış keçirib, bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə aparılan müayinə üsulları, ekspertiza və tədqiqat xidmətləri ilə yaxından tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti