...

Maska taxmaqla ətrafdakı insanları qorumuş oluruq - İnfeksionist

Gündəm Materials 20 İyul 2022 15:38 (UTC +04:00)

Bakı. Trend:

Maska taxmaqla ətrafdakı insanları qorumuş oluruq.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

"Qapalı məkanlarda 75 faiz insanın maska taxması nisbətən qoruyuculuğun armtası deməkdir. Bir nəfərin maska geyinməsi problemin həlli deyil. Maskadan düzgün istifadə olunmalıdır. Xüsusən də, maska üzə kip formada yapışmalıdır. Maskayla üz dərisi arasında boşluq olmamalıdır. Maska həm də yolxuculuğun dərəcəsini azaldır. Viruslar maskaya hopur və daha az virus qəbul etmiş oluruq. Yəni maskanın düzgün seçilməsi və istifadə olunması vacibdir", - ekspert vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti