Bakı. Trend:
Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq
Ordu Oyunları - 2022” yarışları çərçivəsində “Tank biatlonu”
müsabiqəsində iştirak edəcək tankçılarımız hazırlıqlarını davam
etdirir.
Müdafiə Nazirliyindən
Trend-ə verilən məlumata görə, hərbi qulluqçularımız beynəlxalq
müsabiqəyə qatılacaqları tankların texniki vəziyyətini yoxlayıb,
döyüş maşınlarının ştat silahlarından yoxlama atışları icra
ediblər.
Komandamızın heyəti ilə görüşən general-mayor İlqar Lətifov onlara
Müdafiə Nazirliyinin rəhbərliyi adından uğurlar və yarışlarda
ölkəmizi layiqincə təmsil etməyi arzulayıb.
Qeyd edək ki, “Tank biatlonu” müsabiqəsində Monqolustan komandası
ilə mübarizə aparacaq tankçılarımız ilk yarışa avqustun 13-də
başlayacaqlar.