...

"Snayper həddi" müsabiqəsində birinci mərhələyə yekun vurulub (FOTO)

Gündəm Materials 24 Avqust 2022 10:24 (UTC +04:00)

Bakı. Trend:

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Snayper həddi" müsabiqəsinin birinci mərhələsinin yekununa həsr olunan tədbir keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, birinci mərhələnin 8 çalışmasının yekununda fərdi birincilik müəyyənləşdirilib. Birinci yerə layiq görülən hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Sonda müsabiqədə iştirak edən komandaların heyəti səhnəyə dəvət olunub və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti