...

Ağır cinayətlərdə ittiham olunan 13 nəfər xaricdən ekstradisiya edilib

Gündəm Materials 29 Avqust 2022 12:04 (UTC +04:00)
Ağır cinayətlərdə ittiham olunan 13 nəfər xaricdən ekstradisiya edilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 6 ayı ərzində ağır və xüsusilə ağır cinayət törədən 13 nəfər Azərbaycana ekstradisiya edilib.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Məlumatda qeyd edilir ki, ötən yarımildə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan 13 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti