...

Bakının mərkəzindəki Şahmat məktəbinin binası sökülür? - AÇIQLAMA

Gündəm Materials 5 Oktyabr 2022 12:46 (UTC +04:00)
Bakının mərkəzindəki Şahmat məktəbinin binası sökülür? - AÇIQLAMA
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu ərazisində Şahmat məktəbinin yerləşdiyi tarixi binanın sökülməsi barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, artıq bina sakinlərinə və adıçəkilən məktəbə köçürülmə barədə xəbərdarlıq da edilib.

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir.

"Həmin bina XVIII əsrə aid memarlıq abidəsidir. Bu binanın sökülməsi, əhalinin köçürülməsi barədə bizdə məlumat yoxdur", - deyə qeyd olunub.

Bakı şəhər İcra Hakimiyyətindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, həmin binaya yaxın ərazidə yerləşən, Nəsimi rayonu, Mirzağa Əliyev 150 ünvanındakı binanın sökülməsi nəzərdə tutulub.

"Mirzağa Əliyev 150 ünvanındakı yaşayış binası Xalq Deputatları Sovetinin 1989-cu il tarixli qərarı ilə qəzalı elan olunub və həmin binada yaşayış təhlükəli hesab edilib. Həmin binada yaşayan ailələr bu məqsədlə başqa ünvanlara köçürülüb. Amma Şahmat məktəbinin binasının sökülməsi ilə bağlı heç bir məlumat yoxdur",-məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti