...

İkinci Qarabağ müharibəsində erməni cinayətləri ilə bağlı 87 cinayət işi başlanılıb

Gündəm Materials 17 Oktyabr 2022 14:58 (UTC +04:00)
İkinci Qarabağ müharibəsində erməni cinayətləri ilə bağlı 87 cinayət işi başlanılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

27 sentyabr 2020-ci il tarixdən Ermənistan silahlı qüvvələri tərəfindən aparılan təcavüzkar müharibə, onun gedişində ermənilər tərəfindən törədilən cinayət əməlləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ümumilikdə 87 cinayət işi başlanılıb.

Trend-in məlumatına görə, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov bu gün Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, həmin cinayət işlərindən 39-u mülki əhalinin qəsdən öldürülməsi və sağlamlığına ziyan vurulması, əmlakın qəsdən məhv edilməsi, 26 cinayət işi mina və digər növ partlayıcı qurğuların partlaması nəticəsində mülki şəxslərin qəsdən öldürülməsi və sağlamlığına ziyan vurulması, 8 cinayət işi Qarabağ bölgəsində ayrı-ayrı silahlı birləşmələrin və muzdluların qanunsuz cəlb edilməsi və Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmələri, 4 cinayət işi Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn qanunsuz çağırışlarla bağlı, 3 cinayət işi infrastruktur obyektlərinin ağır artilleriya mərmisi və ballistik raketlərlə hədəfə alınması, 3 cinayət işi isə işğal altında olmuş ərazilərdə tarixi-mədəniyyət abidələrinin məhv edilməsi və ekoloji cinayət faktları ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti