...

Brauzerin sayt datasını necə təmizləmək olar? (FOTO)

Gündəm Materials 9 Noyabr 2022 15:04 (UTC +04:00)
Brauzerin sayt datasını necə təmizləmək olar? (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Smartfonun yaddaşı müəyyən səbəblərdən dola bilər.

Buna nümunə olaraq “Google Chrome” brauzerini göstərmək olar. “Google Chrome” sayt datasını necə silmək olar?

Bunu aşağıdakı qaydada işə salmaq mümkündür:

1. "Google Chrome"u açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Ayarları seçin.

2. Növbəti ekranda "Sayt ayarları" xanasını seçin.

3. İndi "Yadda saxlanılmış data" xanasını seçin.

4. Daha sonra "Bütün datanı silin" xanasına toxunun.

Bununla siz brauzerinizdəki dataları silə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti