...

Myanmar paytaxtında Azərbaycan bayrağı ucaldılıb

Gündəm Materials 11 Noyabr 2022 13:08 (UTC +04:00)
Myanmar paytaxtında Azərbaycan bayrağı ucaldılıb

Bakı. Trend:

Myanmar Respublikasının paytaxtı Naypyitoda (Naypyitaw) 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağının ucaldılma mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “NayPyiTaw Beynəlxalq Elmlər Akademiyası”nın beynəlxalq məktəbinin direktoru, diaspor fəalı Elşən Bənnayevin təşkilatçılığı ilə baş tutan mərasimdə Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız ucaldılıb.

Mərasimdə 10 müxtəlif ölkəni təmsil edən müəllim və şagirdlər iştirak ediblər.

Mərazimdə çıxış edən soydaşımız bildirib ki, Azərbaycanın rəsmi rəmzlərindən biri olan dövlət bayrağımız ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsdiq edilib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2010-cu ildən etibarən hər il 9 Noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

E.Bənnayev bildirib ki, Myanmarda diplomatik nümayəndəliyimiz olmasa da, 2019-ci ildən bəri bu ölkədə Azərbaycan bayrağı dalğalanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti