...

"iPhone"un yeni olub-olmadığını necə bilmək olar?

Gündəm Materials 28 Noyabr 2022 11:29 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"iPhone" alarkən necə bilmək olar ki, yenidir yoxsa ikinci əl.

Trend-in məlumatına görə, bunun üçün hansısa xüsusi proqrama ehtiyac yoxdur. Aşağıdakı ardıcıllıqla "iPhone"un vəziyyətini yoxlamaq mümkündür:

Bunun üçün "Parametrləri" açın.

"Ümumi" və sonra "Haqqında" düyməsini sıxın.

"Model" sətirindəki model nömrəsinin ilk hərfi (məsələn, NC405JA/A) cihazın yeni, təmirli və ya dəyişdirildiyini bizə bildirir.

“Model” nömrəsinin ilk hərfinin mənaları aşağıdakılardır:

“M” Yeni.

“F” Yenilənmiş (Refurbished).

“N” Dəyişdirilmə (Yeni və ya təmir edilmiş ola bilər).

“P” Satınalma zamanı istək əsasında ad və s. işlənmiş fərdi cihaz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti