...

Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi ilə görüşüb

Gündəm Materials 30 Noyabr 2022 10:03 (UTC +04:00)
Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi ilə görüşüb

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi general Daniel Hokanson ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti