...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 4 Dekabr 2022 17:04 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda son sutkada 268 koronavirus (COVID-19) əleyhinə vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bazar günü Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 89, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 124, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 19 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 924 089, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 393 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 481, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 392 224, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 055 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti