Bakı. Trend:
İnflyasiyanın əhaliyə təsirlərini azaltmaq üçün pensiyalar indeksasiya ediləcək.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, söhbət 15 faizdən az olmayan indeksasiyadan gedir. “İnflyasiyanın əhaliyə təsirlərini azaltmaq üçün pensiyalar indeksasiya ediləcək. Bu indeksasiya əhəmiyyətli dərəcədə maliyyə vəsaiti tələb edir”, - deyə S.Şərifov əlavə edib.