Bakı. Trend:
Turizim ölkənin milli irsinin beynəlxalq aləmə tanıdılmasında bir vasitədir.
Trend-in məlumatına görə, bunu bu gün “Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair UNESCO Konvensiyalarının Rolu” mövzusunda Beynəlxalq Konfransında çıxışı zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
O qeyd edib ki, müasir dünyada mədəni abidələrin qorunması məsələsi getdikcə çətinləşir.
“Agentliyimiz Qarabağda iri miqyaslı bərpa yenidən qurma işlərində iştirak edir. Bugünki konfransın bu kimi məsələlərin icrasına və həllinə öz töhfəsini verəcəyini ümid edirəm”, deyə o bildirib.