...

“Instagram”da paylaşımları planlamaq mümkün olacaq

Gündəm Materials 8 Dekabr 2022 15:23 (UTC +04:00)
“Instagram”da paylaşımları planlamaq mümkün olacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Instagram” sosial şəbəkə platforması paylaşımları planlamaq funksiyasını işə salacaq.

Trend-in məlumatına görə, "Instagram” bloq saytındakı açıqlama ilə paylaşımları planlama xüsusiyyətini aktivləşdirəcəyini açıqlayıb.

Bu yenilikdən sonra istifadəçilər fotoşəkilləri, videoları və videoçarxları vaxtından əvvəl planlaşdıra biləcəklər. Yeni funksiya istifadəçilərə paylaımları 75 günə qədər əvvələ planlaşdırmağa imkan verəcək.

Xüsusilə iş hesabları üçün çox faydalı ola biləcək bu xüsusiyyət sayəsində yazılar çox əvvəldən planlaşdırıla və yeri gələndə paylaşıla bilər.

“Instagram”-da postunuzu planlaşdırmaq üçün aşağıdakıları etməlisiniz

1. “Instagram”-a daxil olun.

2. Paylaşım yarat üzərinə toxunun.

3. Yaradacağınız postu və ya reels postunu seçin və redaktə edin.

4. Sonra Qabaqcıl Parametrlərə keçin.

5. Cədvəl bölməsini seçin.

6. 75 gün ərzində istədiyiniz tarix və vaxtı seçin.

7. Bitti deyərək yazı yaradın və arxa bölməni seçərək paylaşım səhifəsinə qayıdın.

8. Göndərməni planlaşdırmaq üçün cədvəl üzərinə klikləyin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti