...

“Instagram” hesabınız risk altında olduğu zaman sizi xəbərdar edəcək

Gündəm Materials 9 Dekabr 2022 13:52 (UTC +04:00)
“Instagram” hesabınız risk altında olduğu zaman sizi xəbərdar edəcək
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Instagram” sosial şəbəkə platforması hesab status funksiyasını bütün istifadəçiləri üçün işə salacaq.

Trend-in məlumatına görə, “Instagram” hesabları bağlanmaq üzrə olan və ya hər hansı risklə üzləşən istifadəçilərə xəbərdarlıq edəcək.

Hesab statusu paylaşdığınız bir məlumatın (şərhlər, yazılar və ya hekayələr kimi) qaydalara zidd olduğu və hesabınızın silinməsi ilə nəticələnəcəyi üçün silinib-silinmədiyini görmək üsullarından biridir.

Hesabınız qaydaları pozduğuna görə silinərsə, “Instagram” tətbiqindən bildirişlər alacaqsınız. Siz istənilən vaxt hesab status ekranında bu silinmə prosesini yoxlaya biləcəksiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti