...

Müdafiə naziri Türkiyəyə səfər edib

Gündəm Materials 20 Dekabr 2022 20:19 (UTC +04:00)
Müdafiə naziri Türkiyəyə səfər edib

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün dekabrın 20-də Türkiyəyə səfər edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, keçiriləcək görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti