...

Müəllimlər və həkimlər Xankəndindəki mitinqə gəlmədikləri təqdirdə hədələniblər

Gündəm Materials 25 Dekabr 2022 14:33 (UTC +04:00)
Müəllimlər və həkimlər Xankəndindəki mitinqə gəlmədikləri təqdirdə hədələniblər

Bakı. Trend:

Müəllimlər və həkimlərə xəbərdarlıq edilib ki, Xankəndində keçirilən mitinqə gəlməsələr işdən qovulacaqlar.

Trend-in məlumatına görə, ali məktəb tələbələri aksiyaya qatılmayacaqları təqdirdə ciddi problemlərlı üzləşəcəkləri ilə bağlı xəbərdar olunublar.

Qeyd edək ki, qanunsuz erməni dəstələri bu gün saat 14:00-da Xankəndində mitinq keçirməyə başlayıb. Lakin aksiyaya əhalini cəlb edə bilmirlər.

Qarabağdakı qanunsuz erməni hərbçilərinə, hətta məzuniyyətdə olanlara belə tapşırıq verilib ki, özləri mülki geyimdə və ailə üzvləri ilə birlikdə mitinqdə iştirak etsinlər.

Qarabağda yaşayan sadə ermənilər ailəlikcə mitinqə zorla çağrılır.

Bir çoxlarına mitinqdə iştirakın məcburi olduğu barədə xəbərdarlıq edilir. Əsas məqsədin mitinqə mümkün qədər çox insan cəlb etmək olduğu bildirilir.

Müxtəlif sahədə çalışan ermənilərə mülki geyimlə mitinqdə iştirak etmək barədə göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti