...

Xankəndində keçirilən mitinqdə “kütləviliyin" necə yaradıldığı məlum olub

Gündəm Materials 25 Dekabr 2022 15:51 (UTC +04:00)
Xankəndində keçirilən mitinqdə “kütləviliyin" necə yaradıldığı məlum olub

Bakı. Trend:

Xankəndində ermənilərin səhnələşdirilmiş toplantısının təşkilinin yeni təfərrüatları məlum olub.

Trend-in məlumatına görə, tədbirə mümkün qədər çox adam cəlb etmək üçün Ruben Vardanyanın tapşırığı ilə Azərbaycan şəhərinə ən yaxın kəndlərdən yerli ermənilər xüsusi avtobuslarla gətirilib.

Onlar pul, adambaşına 30-40 dollar, qış şəraitində həm sürücülər, həm də evlərin qızdırılması üçün həyati əhəmiyyət kəsb edən pulsuz yanacaqla aldadılaraq gətirilib.

Xatırladaq ki, bir qədər əvvəl məlum olmuşdu ki, Vardanyanın mafiyası müəllimləri, həkimləri və digər peşələrin nümayəndələrini işdən çıxarılmaqla hədələyir. Öz biznesi olanlara problem yaratmağa söz verilir. Eyni təhdidlər tələbələrə və orta məktəblərin yuxarı sinif şagirdlərinə də edilir. “Hüquq-mühafizə orqanlara” və “inzibati strukturlara” iştirakın məcburi olması ilə bağlı xəbərdarlıq edilib. Mülki geyimdə iştirak etmək üçün göstəriş verilib. Qeyd edək ki, tədbirdə kütləvi xarakter yaratmaq üçün çoxlarına bütün ailə ilə gəlmələri bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti