Bakı. Trend:
Böyük Britaniya yaxın həftələrdə Ukraynaya 14 “Challenger 2” tankını təhvil verəcək və Kiyevə müttəfiqlərdən silah tədarükünü artırmaq üçün dünyada diplomatik fəaliyyətini əhəmiyyətli dərəcədə artıracaq.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Ukrayna ilə bağlı dərc olunan strategiyasında qeyd olunub.
"Ukraynaya “Challenger 2” tanklarını göndərməklə, biz Birləşmiş Krallıq tərəfindən verilən yeni dəstək səviyyəsinə çatmağa başlayırıq. Baş nazir [Rishi Sunak] [Ukrayna] prezidenti Zelenskiyə Böyük Britaniyanın Ukraynaya quruda gedən müharibədə əlavə dəstək verəcəyini söylədikdən sonra yaxın həftələrdə 14 tankdan ibarət eskadron ölkəyə göndəriləcək", - deyə bildirilib.
Bunun ardınca təxminən 30 ədəd "AS90" - beş topçu tərəfindən idarə olunan böyük özüyeriyən haubitsaların gələcəyi gözlənilir.