...

İrandakı səfirliyimizdəki son vəziyyət (FOTO/VİDEO)

Gündəm Materials 27 Yanvar 2023 14:07 (UTC +04:00)
İrandakı səfirliyimizdəki son vəziyyət (FOTO/VİDEO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Trend-in məlumatına görə, hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Hücum anının videogörüntülərindən məlum olur ki, terrorçu səfirliyin bütün əməkdaşlarını öldürməyi planlayıb. Səfirliyin mühafizəçisinin çevik müdaxiləsi nəticəsində böyük bir itkinin qarşısı alınıb.

Azərbaycanın İrandakı səfirliyindəki son vəziyyətlə bağlı görüntüləri təqdim edirik:

Xəbər lenti

Xəbər lenti