...

Azərbaycan səfirlik əməkdaşlarının təxliyəsi üçün Tehrana təyyarə göndərir

Gündəm Materials 28 Yanvar 2023 16:40 (UTC +04:00)
Azərbaycan səfirlik əməkdaşlarının təxliyəsi üçün Tehrana təyyarə göndərir

Bakı. Trend:

Azərbaycan İrandakı səfirliyin əməkdaşlarının təxliyəsi üçün Bakıdan Tehrana təyyarə göndərir.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, həmin təyyarə ilə səfirlik əməkdaşları, onların ailə üzvləri və şəhid Orxan Əsgərovun cənazəsi Azərbaycana gətiriləcək.

O.Əsgərov Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti