...

Azərbaycanın Rus İcmasının və Rus Gəncləri Assosiasiyasının üzvləri Laçın yolunda ekofəallara qoşulublar (FOTO)

Gündəm Materials 1 Fevral 2023 14:00 (UTC +04:00)
Azərbaycanın Rus İcmasının və Rus Gəncləri Assosiasiyasının üzvləri Laçın yolunda ekofəallara qoşulublar (FOTO)

Bakı. Trend:

Azərbaycanın Rus İcmasının və Rus Gəncləri Assosiasiyasının üzvləri Laçın yolunda ekofəalların dinc aksiyasına qoşulublar.

Trend xəbər verir ki, bunu Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina bildirib.

“Aksiyanın ilk günündən Azərbaycanın Rus İcması Laçın yolunda azərbaycanlı ekofəalların hərəkətlərini və qanuni tələblərini dəstəkləyir. Dekabrın 12-dən bəri ekofəallar və Azərbaycan QHT-lərinin təmsilçiləri ölkənin Qarabağ bölgəsində yerləşən Laçın-Xankəndi yolunda dinc aksiya keçirir, bu regionda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər. Bu gün biz şəxsən bu aksiyaya yataqların talanmasının, qarət etdiklərinin sonradan Ermənistana göndərilməsinin dayandırılması tələbi ilə qoşulduq. Bu, bizim torpağımızdır, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir və bizim hərəkətlərimizi qınayanlar qoy özünə bu sualı versin: bəs onlar öz ərazilərində qanunsuz istismarı və ekologiyanın məhv olunmasına yol verərdilərmi? Əlbəttə, yox”, - deyə A.Lavrina bildirib.

Xəbər lenti

Xəbər lenti