Bakı. Trend:
Əqli Mülkiyyət Agentliyi Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Bu barədə Agentlikdən Trend-ə verilən məlumatda deyilir
"Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayır!", - məlumatda bildirilir.