...

Azərbaycan vətəndaşları Türkiyədəki zəlzələ qurbanlarını anır (FOTO/VİDEO)

Gündəm Materials 7 Fevral 2023 12:43 (UTC +04:00)
Azərbaycan vətəndaşları Türkiyədəki zəlzələ qurbanlarını anır (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarından etibarən Azərbaycan vətəndaşları Türkiyənin Bakıdakı səfirliyinin qarşısına gəlirlər.

Trend-in məlumatına görə, paytaxt sakinləri səfirliyin qarşısına Türkiyədəki zəlzələdə həlak olanların xatirəsinə hörmət olaraq gül dəstələri düzürlər.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə çatıb, daha 20426 nəfər yaralanıb.

Baş verən təbii fəlakətlə əlaqədar Türkiyə 7 günlük matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti