Bakı. Trend:
Şuşada “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin rəsmi açılışı olacaq.
Trend-in məlumatına görə, tədbirin bu ilin mart ayında keçirilməsi planlaşdırılır.
Tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.
Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.