...

Azərbaycanlı xilasedicilər Türkiyədə daha 38 nəfərin cəsədini çıxararaq təhvil veriblər (VİDEO)

Gündəm Materials 16 Fevral 2023 09:23 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin (son sutkada 38) isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti