...

"WhatsApp"dan növbəti yenilik

Gündəm Materials 16 Fevral 2023 10:15 (UTC +04:00)
"WhatsApp"dan növbəti yenilik
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"WhatsApp" qrup söhbətləri üçün "Zəng Planlaşdırma" funksiyası üzərində işləyir.

Trend-in məlumatına görə, bu xüsusiyyət sayəsində eyni qrupdakı "WhatsApp" istifadəçiləri əvvəlcədən zəng planlaşdıraraq onlayn görüş keçirə biləcəklər.

Aşağdakı ekran görüntüsündə göründüyü kimi, planlaşdırılan zəng qrup söhbətlərinin yuxarı sol tərəfindəki üç nöqtəli menyu vasitəsilə təyin olunacaq. Başlıq, tarix və vaxt bu sahədən müəyyən ediləcək. “WhatsApp” qrupunun istifadəçiləri əvvəlcədən təyin edilmiş bu zəng üçün vaxtlarını öncədən qura biləcəklər.

Yalnız qruplar üçün sınaqdan keçirilən xüsusiyyət "Android" üçün Beta 2.23.4.4 yeniləməsi ilə sınaqdan keçirilir. Onun stabil versiyaya nə vaxt gələcəyi hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti